İranda tibb işçiləri etiraz aksiyası keçiriblər - VİDEO
19-11-2023, 10:19
İranın Kermanşah əyalətində bir qrup tibb işçisi etiraz aksiyası keçirib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Məlumata görə, tibb işçiləri maaşlarının ödənilməməsinə etiraz ediblər. Onlar - “Tibb işçisi qışqır, haqqını alanadək fəryad et!” - deyə şüar səsləndiriblər. https://t.me/AzadIranTelegram/29008