Hindistanda naməlum obyekt səbəbindən hava limanında uçuşlar dayandırılıb

20-11-2023, 13:24           
Hindistanda naməlum obyekt səbəbindən hava limanında uçuşlar dayandırılıb
Hindistanın Manipur əyalətinin paytaxtı İmfal şəhərindəki hava limanının uçuş-enmə zolağı yaxınlığında naməlum obyekt peyda olub.

Bu səbəbdən bir neçə saat ərzində bütün uçuşlar dayandırılıb. Sonradan naməlum obyektin pilotsuz uçuş aparatı (PUA) olduğu qeyd olunub.

Verilən məlumata görə, içərisində sərnişinlər olan üç təyyarə uçuş-enmə zolağında üç saatdan çox qalıb və gələn iki reys Kəlkətəyə yönləndirilib.

PUA-nı görən kimi hava limanının rəhbərliyi dərhal hava məkanını bağlayıb. Administrasiya hadisənin baş vermə faktını təsdiqləyib. Səlahiyyətli orqanlar buna icazə verdikdən sonra uçuşların qəbulu və yola salınması bərpa edilib.
Aeroport rəhbərliyindən birinin anonimlik şərti ilə jurnalistlərə verdiyi məlumata görə, kifayət qədər böyük olan obyekt bir saatdan çox uçub. Onun kimə məxsus olduğu hələlik məlum deyil.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru