Netanyahu bu sazişdən yayınır - HƏMAS

21-11-2023, 11:18           
Netanyahu bu sazişdən yayınır - HƏMAS
İsrailin Baş naziri Benyamin Netanyahu girovların azad edilməsi ilə bağlı razılaşmadan yayınır və onu gecikdirir.

Axar.az xəbər verir ki, bu barədə HƏMAS hərəkatının Siyasi Bürosunun üzvü İzzət ər-Rişq deyib.

“Sazişi gecikdirən (girovların azad edilməsi ilə bağlı – red.) indi İsrail tərəfidir, xüsusən də Netanyahu saziş bağlamaqdan yayınır”, - deyə o bildirib.

HƏMAS üzvü onu da qeyd edib ki, girovların azad edilməsinə dair razılaşma atəşkəsdən əlavə, Qəzza zolağına yanacaq da daxil olmaqla, yardımın çatdırılmasını da əhatə etməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru