RUSİYA ÇİNƏ 100 MİLYARD KUBMETR QAZ VERİR
23-11-2023, 00:11

Rusiya baş nazirinin müavini Aleksandr Novak bu il boru kəməri ilə Çinə 22 milyard kubmetr təbii qaz nəql ediləcəyini bildirərək, “Monqolustandan keçəcək “Sibirin Gücü 2″ boru xətti layihəsi üzərində işlər davam edir” dedi. Nəticədə Çinə təbii qaz nəqlinin ümumi həcmi təxminən 100 milyard kubmetrə çatacaq”.
Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiya Federasiya Şurasında çıxışında Rusiyanın enerji sektoru ilə bağlı qiymətləndirmələr edib.
Rusiyanın yanacaq-energetika sektorunda texniki avadanlıq idxalında xaricə asılılığı azaltdıqlarına diqqət çəkən Novak, “Texnoloji suverenlik mövzusundan danışmaq istərdim. Biz yanacaq-energetika sektorunda buna səmərəli nail oluruq. “Son 10 ildə biz sənayenin idxaldan asılılığını 67 faizdən 38 faizə endirə bilmişik”, – deyib.
Eyni zamanda Rusiyanın keçən həftə benzin ixracı qadağasını aradan qaldırdığını xatırladan Novak dizel ixracına qoyulan qadağanı tezliklə aradan qaldırmağı planlaşdırdıqlarını bildirib.
Bloomberg