Ukrayna tərəfdaşları hava hücumundan müdafiəni gücləndirmək məqsədi daşıyan yeni koalisiya yaradıblar.
Axar.az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin "Ramşteyn-17" iclasında məlumat verib.
"Biz artıq Ukrayna Hərbi Hava Qüvvələrini və onun informasiya texnologiyaları imkanlarını inkişaf etdirməyə yönəlmiş koalisiyalar təşkil etmişik", - Ostin söyləyib.