Bir-birilərinə inək peyini ataraq “günahlardan təmizlənirlər”: Hindistanda qəribə festival - VİDEO
23-11-2023, 13:24
Hindistanın Qomatapura kəndinin sakinləri hər il olduğu kimi, bu il də qəribə ənənələri ilə gündəm olublar. Belə ki, onlar bir-birilərinin üstünə inək peyini atıblar. Hindistanlıların bir çoxu hesab edir ki, bu yolla öz əcdadlarının günahlarını yuyurlar.
Bu ənənənin 18-ci əsrin ortalarına aid olduğu güman edilir.
Başlamazdan əvvəl kahin peyin yığınının qarşısında xüsusi bir mərasim keçirir. Festivalı izləmək üçün hər il Hindistanın müxtəlif bölgələrindən və xaricdən yüzlərlə turist gəlir.