“4 min fələstinli uşağı öldürdük, amma azdır" deyən sabiq ABŞ diplomatı həbs edildi
23-11-2023, 13:18
Sabiq ABŞ diplomatı Stuart Seldovitz Nyu-Yorkda misirli bir küçə satıcısını təhqir edən videonun yayılmasından sonra həbs edilib və bir çox ittihamlarla üzləşib.
Publika.az xəbər verir ki, polis keçmiş diplomatı ikinci dərəcəli cinayət təqibi, nifrət cinayəti, qorxu yaratmaq üçün təqib etməkdə ittiham edib.
O, ABŞ-ın keçmiş prezidenti Barak Obamanın müşaviri olub. Sabiq diplomat misirli satıcıya qarşı dəfələrlə şifahi hücum edib. Qərb idarəçilərinin anti-müsəlman (islamofob) və ksenofobik yanaşmasını ortaya qoyub. Sosial şəbəkələrdə yayılan görüntülərə görə, Seldovitz Manhettendə misirli satıcını “terrorçu” kimi təhqir edib. Daha sonra isə “4 min fələstinli uşağı öldürdük, amma kifayət deyil” deyib.