Ukrayna rəsmiləri ukraynalıların Qərb ölkələrindən qayıtmayacağından ehtiyat edir
24-11-2023, 10:04

Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov və Xarkov şəhərinin meri İqor Terexov ölkədən qaçan vətəndaşların geri qayıtmayacağından narahatlıqlarını bildiriblər.
Tribunainfo.az xəbər verir ki, onlar bu barədə “Financial Times” (FT) ilə söhbətdə danışıblar.
Britaniya qəzetinin yazdığı kimi, hərbi əməliyyatlar başlamazdan əvvəl Xarkov əhalisi 1,5 milyon nəfər idisə, indi cəbhə bölgəsində olan 500 min nəfər və Rusiyanın nəzarətində olan ərazilərdə olanlar daxil olmaqla 1,1 milyona yaxındır. Materialda deyilir ki, 5-6 milyon ukraynalı arasında bir çox Xarkov sakini Avropaya mühacirət edib.
FT-nin yazdığıan görə, həm cənab Kubrakov, həm də cənab Terexov Ukraynanın öz əhalisinin əhəmiyyətli hissəsini həmişəlik itirəcəyindən qorxduqlarını bildiriblər. Onlar narahatdırlar ki, Qərbdə həyatın nisbi zənginliyi və evdəki qeyri-müəyyənlik vətəndaşları geri qayıtmaqdan çəkindirəcək.
Qeyd edək ki, Ukrayna Gələcək institutunun 2023-cü ilin may ayına olan məlumatına görə, Rusiya qoşunlarının ölkəyə daxil olmasından sonra Ukrayna əhalisi 37,6 milyon nəfərdən 29 milyon nəfərə qədər azalıb. Bildirilib ki, xaricə gedən 20 milyon insandan 8,6 milyonu vətənə qayıtmayıb.