ABŞ-nin İraqdakı iki bazası PUA-ların hücumuna məruz qalıb

24-11-2023, 12:54           
ABŞ-nin İraqdakı iki bazası PUA-ların hücumuna məruz qalıb
“İraq İslam Müqaviməti” hərəkatının döyüşçüləri respublika ərazisində ABŞ hərbçilərinin olduğu iki hərbi bazaya hücum ediblər.

Bu barədə hərəkatın “Telegram” kanalında məlumat yayılıb.

Verilən məlumata görə, İraqın şimalındakı İraq Kürdüstanında Ərbil Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən bazaya, eləcə də Ənbar vilayətindəki Ayn əl-Əsəd bazasına zərbələr endirilib. Hücumların hədəfləri vurmağa müvəffəq olduğu iddia edilən pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirildiyi iddia edilir.
Zərbələrin nəticələri barədə məlumat verilmir.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru