Britaniyada “Kraliçanın heyvanları” qızıl sikkəsi hərraca çıxarılıb

24-11-2023, 17:24           
Britaniyada “Kraliçanın heyvanları” qızıl sikkəsi hərraca çıxarılıb
Böyük Britaniya Kral Sikkəxanası nadir kolleksiya sikkələrinin hərracını elan edib. Lotların arasında ilkin təxmin edilən dəyəri 112 min ABŞ dolları (190,4 min manat – red.) olan “Kraliçanın heyvanları” adlı kiloqramlıq qızıl sikkə də var.

Qeyd olunur ki, sikkəxanada numizmatlar tərəfindən qiymətləndirilən 300-dən çox sikkə hərraca çıxarılıb. Belə ki, “Kraliçanın heyvanları” sikkəsində kraliça II Elizabet real və mistik heyvanların, xüsusən də şir, qrif, öküz, şahin, əjdaha və təkbuynuzlu kimi heyvanların əhatəsində təsvir edilib.

Bu sikkələrin cəmi 16-sı zərb edilib, onlardan birinin dizaynı 1953-cü ilin iyununda Londonda keçirilən tacqoyma mərasiminə II Elizabetin marşrutu boyunca qoyulmuş 10 daş heykəldən ilhamlanaraq hazırlanıb.



Mənbə: The Daily Mail












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru