Koreyalılar Özbəkistanda...FOTO
25-11-2023, 18:12

Maraqlı bir məlumatla rastlaşdım. Sovet zamanındakı Daşkəndin “Paxtakor” futbol komandası “Политотдел” adlanan milyoner kolxozun balansında imiş. Həmin kolxozun koreyalı sədri Hvanq Van Dımın adı o zaman Özbəkistanda hamıya məlum imiş. Kolxoz 1937-ci ildə, Yaponiyanın SSRİ-yə hücumu təhlükəsindən Uzaq Şərqdən köçürülmüş koreyalı mühacirlər tərəfindən yaradılmışdı. “Etibarsız” damğası vurulan koreyalıları orduya aparmırdılar, başqa yerə köçmək hüquqları məhdud idi. Ən pis torpaqlar onların öhdəsinə verilmişdi. Lakin görünməmiş qısa müddətdə koreyalılar nəinki qamışlıq, bataqlıq və şoran torpaqları mənimsədilər, həm də təkcə Özbəkistanda deyil, bütün keçmiş SSRİ-nin ən məşhur təsərrüfatlarına sahib oldular. Milliyətcə koreyalı, 1974 - 1978 il ölkənin 33 ən güclü futbolçusu siyahısında olan, yığma komanda üzvu və 27 yaşında 1979 ilin avqustunda “Paxtakor” komandası ilə Dnepropetrovsk vilayəti üzərindəki hava qəzasında həlak olan An Mixail İvanoviç o kolxozların birində doğulmuşdu.
Эльдар Тагиев
Teref. Xocanın Blogu