Fransa sənayesi miqrantlara ehtiyac duyur

26-11-2023, 12:44           
Fransa sənayesi miqrantlara ehtiyac duyur
Fransız sənaye şirkətləri yerli kadr çatışmazlığı səbəbindən yaxın 10 ildə müvafiq bacarıqlara malik əcnəbiləri işə götürməli olacaqlar.

Bu barədə Fransa sənayesi üzrə məsul nazir-nümayəndə Roland Leskur bildirib.

“Yaxın 10 ildə sənayedə 1,3 milyona yaxın iş yeri açılacaq. Şübhəsiz ki, mühacirlərə müraciət etməli olacağıq”, - o bildirib.

Nazir qeyd edib ki, ölkədə xüsusilə qaynaqçı və metal konstruksiyaların istehsalı üzrə mütəxəssislər çatışmır.
Leskurun qeyd etdiyi kimi, mütəxəssislər həm Avropada, həm də xaricdə axtarılmalıdır.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru