Cənubi Koreya, ABŞ və Yaponiya birgə dəniz təlimləri keçiriblər

27-11-2023, 12:54           
Cənubi Koreya, ABŞ və Yaponiya birgə dəniz təlimləri keçiriblər
Koreya Respublikası, ABŞ və Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri Koreya yarımadasının cənub hissəsində ABŞ-nin “Karl Vinson” aviadaşıyıcısının iştirakı ilə üçtərəfli təlimlər keçiriblər.

Bu barədə Cənubi Koreya ordusu məlumat yayıb.

Manevrlər Çejudo adasının cənub-şərqində baş tutub. Cənubi Koreya tərəfindən “Aegis” sistemi ilə təchiz edilmiş esmineslər, Yaponiya tərəfindən isə “Murasame” tipli esmineslər iştirak edib. Bildirilir ki, tərəflər bundan başqa hava hücumundan müdafiə əməliyyatları üzrə məşqlər də həyata keçiriblər.

“Karl Vinson” aviadaşıyıcısının başçılıq etdiyi ilk aviadaşıyıcı qrupu noyabrın 21-də Cənubi Koreyanın Pusan şəhərinə gedib.
Qeyd edək ki, noyabrın 22-də ABŞ-nin aviadaşıyıcısına Koreya Respublikasının milli müdafiə naziri baş çəkib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru