Cekson Baydenin prezident ola bilməyəcəyini BƏYAN ETDİ

27-11-2023, 12:43           
Cekson Baydenin prezident ola bilməyəcəyini BƏYAN ETDİ
"ABŞ prezidenti Co Bayden öz vəzifələrini yerinə yetirmək iqtidarında deyil".

Bu barədə Ağ Evin keçmiş həkimi və konqresmen Ronni Cekson "Fox News" telekanalında danışıb.

Cekson Baydenin prezident ola bilməyəcəyini bəyan edib və siyasətçinin degenerasiyaya uğradığını vurğulayıb. Həkim qeyd edib ki, o, indi ABŞ-ın təhlükəsizliyini təhdid edir.

"Biz bu adamın müddətin qalan hissəsinə və ondan sonra daha dörd il hakimiyyətdə qalmasına imkan verə bilmərik. O, artıq bizi böyük risk altında qoyur", - Cekson bildirib.

Ekspert bildirib ki, o, Ağ Evdə üç keçmiş prezident - Corc Buş, Barak Obama və Donald Trampın dövründə həkim işləyib. Ona görə də o, dövlət başçısının mövqeyinin nə qədər yorucu olduğunu anlayır.

"Bu gün düşmənlər artıq ABŞ-dan qorxmur, çünki ölkənin güclü lideri yoxdur", - Cekson vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru