Almaniyadan Polşaya qonşuluq dərsi

28-11-2023, 09:34           
Almaniyadan Polşaya qonşuluq dərsi
"Yüzlərlə, bəlkə də minlərlə yük maşını Almaniyanın Polşa ilə sərhədində ilişib qalıb".
Polşa maşınlarından ibarət tıxac 40 kilometrə qədər uzanır.
Ukraynalı sürücü Sergey Vladi sosial şəbəkədə Drezden-Vrotslav şossesində yük maşınlarının tıxacını əks etdirən video yayımlayıb. Onun sözlərinə görə, Almaniya gömrüyü ölkəyə daxil olan bütün Polşa avtomobillərini diqqətlə yoxlayır.
"Orada yalnız Polşa yük maşınları saxlanılır. Almanlar hamısını yoxlayır. Bir milyon sual verir, anket doldurun, deyirlər. Qoy onlar bir az bunun "dadını" hiss etsinlər", - deyə o yazıb.
Qeyd edək ki, bəziləri Almaniyanın bu addımını Polşanın öz sərhədində Ukrayna yük maşınlarını ləngitməsinə kimi dəyərləndirib.
UNİAN












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru