Şotlandiya hökuməti qadınlara dair qanunu dəstəkləmədi

28-11-2023, 17:34           
Şotlandiya hökuməti qadınlara dair qanunu dəstəkləmədi
Şotlandiya hökuməti 16-18-ci əsrlərdə cadugərliyə görə edam edilən qadınlara bəraət qazandıran qanun layihəsini dəstəkləməyib.

Bu məsələyə yenidən baxılması qeyri-müəyyən müddətə təxirə salınıb.

Yerli parlamentin nümayəndəsi bildirib ki, layihənin müəllifi Natali Don nazir təyin edildiyi üçün layihəyə baxılmayacaq. Bu səbəbdən qanunverici orqanın qaydalarına uyğun olaraq, sənəd geri çağırılıb.

Xatırladaq ki, Don 2021-ci ilin sonunda cadugərliyə görə mühakimə olunan qadınların ölümündən sonra bəraət qazanmasını təklif edib. Daha sonra deputat onların təqib edilməsini “misoginiya”nın (qadınlara qarşı patoloji nifrət hissi) təzahürü adlandırıb.
Tarixçilərin hesablamalarına əsasən, 1563-cü ildən 1736-cı ilə qədər dörd minə yaxın qadın “Cadugərlər haqqında Qanun”a əsasən edam edilib və işgəncələrə məruz qalıb.

Mənbə: “Times” qəzeti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru