Rusiyada miqrantlara bu işlərdə çalışmaq qadağan olundu

29-11-2023, 09:54           
Rusiyada miqrantlara bu işlərdə çalışmaq qadağan olundu
Rusiyada miqrantların bir sıra fəaliyyətlərlə məşğul olması məhdudlaşdırılır. Artıq bununla bağlı bir sıra qadağalar Tula vilayəində qüvvəyə minib.
Tula vilayətinin qubernatoru Aleksey Dyumin patent ödəyən əcnəbilərin fəaliyyətini məhdudlaşdıran sərəncam imzalayıb.
Xüsusilə, onlar aşağıdakı iqtisadi fəaliyyət növləri qadağan edilib: alkoqollu içkilərin və tütün məmulatlarının pərakəndə ticarəti, ictimai iaşə, ictimai nəqliyyatda və taksilərdə sərnişindaşıma.
“Tədbir göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına və Rusiya vətəndaşlarının məşğulluğunun prioritetləşdirilməsinə kömək edəcək”, – məlumatda deyilir.
Fərmanın dərc edildiyi gündən üç aylıq keçid dövrü nəzərdə tutulub. Bu müddət ərzində işəgötürənlər əcnəbi işçilərlə göstərilən sahələrdə əmək münasibətlərinə xitam verməlidirlər.
Xəbərə görə, məhdudiyyətlər Rusiya Federasiyasında müvəqqəti yaşamaq və ya yaşamaq icazəsi olan əcnəbilərə, Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin vətəndaşlarına, habelə iş icazəsi olan digər ölkələrin yüksək ixtisaslı mütəxəssislərinə şamil edilməyəcək.
İnterfaks












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru