Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun həyat yoldaşı xəstəxanadadır: Zəhərləyiblər?

29-11-2023, 12:04           
Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun həyat yoldaşı xəstəxanadadır:
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun həyat yoldaşı Marianna zəhərlənib.

Bu barədə “Babel” “Telegram” kanalı öz kəşfiyyat mənbələrinə istinadən məlumat verib.

Məlumata görə, Marianna Budanovaya ağır metal zəhərlənməsi diaqnozu qoyulub.

“Bu maddələr heç bir şəkildə gündəlik həyatda və ya hərbi işlərdə istifadə edilmir. Onların aşkarlanması konkret olaraq müəyyən şəxsi qəsdən zəhərləmək cəhdindən xəbər verə bilər”, – deyə mənbə bildirib.

Uzun müddət səhhətində pisləşmənin davam etdiyi Marianna Budanova xəstəxanaya yerləşdirilib. O, artıq müalicə kursunu başa vurur və müşahidə altında olacaq. Qətl cəhdi ilə bağlı araşdırma aparılır.

Marianna Budanovanın harada – Kiyevdə və ya xaricdə xəstəxanada müalicə olunduğuna gəlincə, mənbə onun Ukraynadakı xəstəxanada olduğunu qeyd edib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru