Hindistanın şimalında qismən çökmüş tuneldən bütün işçilər xilas edilib - FOTO

29-11-2023, 11:24           
Hindistanın şimalında qismən çökmüş tuneldən bütün işçilər xilas edilib - FOTO
Hindistanın şimalındakı Uttarakhand əyalətində 17 gün ərzində çökmüş tuneldə qalan 41 işçidən ibarət bütün qrup xilas edilib.

Bu barədə yerli telekanal xilasetmə xidmətlərinə istinadən məlumat yayıb.

Dağlarda 17 günlük dustaqlıqdan azad olan insanlar təcili yardım maşınlarında xəstəxanaya aparılıb.

Hindistanın Baş naziri Narendra Modi xilasedicilər qrupunu və işçilərin özlərini təbrik edib. Hindistan hökumətinin başçısı əməliyyatın gedişini demək olar ki, lap əvvəldən izləyib.

Xatırladaq ki, noyabrın 12-də Uttarakhandda tikilməkdə olan tunelin çökməsi nəticəsində 41 nəfər içəridə qalıb. Fövqəladə hadisə yerində dağlarda ara qazılaraq, qayanın uçduğu yerə boru çəkilib. Daha sonra dağıntılar içində işlər texnikasız həyata keçirilib.
Qeyd edək ki, tunel ştatda 825 kilometrlik sürətli yolun açılmasının planlaşdırıldığı “Çar-Dham” nəqliyyat layihəsinin bir hissəsi kimi inşa edilib.






Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru