Çin çoxdan gözlənilən atomobilin sınağını keçirdi: Yeni dövr başlayır - VİDEO

29-11-2023, 12:38           
Çin çoxdan gözlənilən atomobilin sınağını keçirdi: Yeni dövr başlayır - VİDEO
Çinin elektrik avtomobil istehsalçısı “XPeng” uçan elektrik avtomobilinin prototipini nümayiş etdirib.

Məlumata görə, ikiyerli “XPeng Voyager X2” saatda 130 kilometrə qədər sürət yığa və yerdən bir kilometr hündürlüyə qalxa bilir.

Aviamobilin çəkisi 560 kiloqramdır, elektrik batareyası ilə işləyir və 35 dəqiqəyə qədər havada qala bilir.

Qeyd edək ki, ABŞ-nin “Alef Aeronautics” şirkəti tam elektrik idman avtomobili hazırlayıb. Şirkət “Model A” üçün dünyada ilk olaraq uçuşa yararlılıq sertifikatı da alıb. Aviamobilin şaquli qalxma və enmə imkanı sayəsində həm yerdə, həm də havada hərəkət edə bilir.

Mənbə: RG.RU












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru