İsraildən o ölkəyə xəbərdarlıq – “Sizinlə də hesablaşacağıq”

29-11-2023, 19:14           
İsraildən o ölkəyə xəbərdarlıq –
“HƏMAS-la müharibə bitdikdən sonra Qətərlə də hesablaşacağıq”.

Bunu İsrail Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Coşua Zarka deyib.

“İsrail hələlik münaqişədə vasitəçilik edən Qətərlə fikir ayrılıqlarını bir kənara qoyub. Amma Qəzzada müharibə bitdikdən sonra hesablaşacağıq”, - ölkə rəsmisi bildirib.

Zarka bu barədə Qətərin HƏMAS-ın fəaliyyətinə ev sahibliyi etməsi və bunu qanuniləşdirməsi ilə bağlı oynadığı rol haqda danışarkən söyləyib.

Qətər, ABŞ və Misir son günlər Qəzzada atəşkəsin təmin edilməsi və uzadılması, eləcə də əsir-məhbus mübadiləsini təmin etmək üçün intensiv danışıqlar aparır. Körfəz ölkəsi həm də İsraillə savaşda olan HƏMAS-a ev sahibliyi edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru