Rusiyada “LGBT hərəkatı” ekstremist elan olunub və qadağan edilib

1-12-2023, 08:24           
Rusiyada “LGBT hərəkatı” ekstremist elan olunub və qadağan edilib
Rusiya Federasiyasının Ali Məhkəməsi Ədliyyə Nazirliyinin “beynəlxalq LGBT hərəkatını” ekstremist təşkilat kimi tanımaq və qadağan etmək iddiasını təmin edib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 30-da keçirilən proses bağlı qapılar arxasında keçirilib və məhkəmə zalına yalnız Ədliyyə Nazirliyinin nümayəndələri buraxılıb.
Bildirilir ki, iddia dörd saat ərzində baxılıb.
Xatırladaq ki, Rusiya Ədliyyə Nazirliyi noyabrın 17-də Rusiyada “beynəlxalq LGBT ictimai hərəkatını” qadağan etmək üçün məhkəməyə müraciət edib. Şöbə konkret olaraq nəyi “hərəkət” hesab etdiyini, orda kimlərin olduğunu və necə təşkil edildiyini açıqlamayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru