ÜST bu ilin yanvar ayında 40 mindən çox vəba hadisəsi olduğunu bildirib

13-02-2024, 09:59           
ÜST bu ilin yanvar ayında 40 mindən çox vəba hadisəsi olduğunu bildirib
2024-cü ilin yanvar ayında vəba xəstələrinin sayı 40 min nəfəri keçib.

32gun.az bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST ) fevralın 12-də dərc olunmuş aylıq hesabatında deyilir .

Məlumata görə, bu ilin əvvəlində vəba xəstəliyinin davamlı şəkildə yayılması müşahidə olunub: təkcə yanvar ayında dörd regionda - Afrika, Şərqi Aralıq dənizi, Amerika və Cənub-Şərqi Asiyada 17 ölkədə 40,9 min yoluxma halı qeydə alınıb.

Həmçinin qeyd edilir ki, 2023-cü ildə dünyada vəbaya yoluxanların ümumi sayı 700 min nəfəri keçib.

Xatırladaq ki, bundan əvvəl, dekabrın 7-də ÜST 2023-cü il yanvarın 1-dən noyabrın 15-dək 610 mindən çox vəbaya yoluxma hadisəsi barədə məlumat vermişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru