General: “Rusiya bu dörd istiqamətdən hücum edəcək”

14-08-2016, 09:23           
General: “Rusiya bu dörd istiqamətdən hücum edəcək”
“Hazırda Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi ağlasığmazdır. Amma indiki vəziyyətdə Ukrayna öz sərhədlərini bütün perimetri üzrə praktik olaraq müdafiə etməlidir”.

Publika.az xəbər verir ki, bunu “Obozrevatel” kanalının birbaşa yayımında Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının sabiq rəis müavini, ehtiyatda olan general-leytenant İqor Romanenko deyib.

General xəbərdarlıq edib: "Rusiya qoşunlarının kiçik kontingenti Dnestryanı ərazidədir, Belarusda hərbi təlimlər keçirilir və onun ərazisindən istifadə etməyi lazım hesab edəcəklərsə, heç kim Lukaşenkodan soruşmayacaq, Ukraynanın cənubunda – işğal edilmiş Krımda böyük hərbi qüvvə var. Beləliklə, bu gün Ukraynanın yalnız qərb sərhədləri daha təhlükəsizdir, bütün qalan perimetr üzrə müdafiəni saxlamaq lazımdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru