Yadplanetlilər ABŞ-la SSRİ-ni böyük müharibədən bu cür çəkindiriblər - MARAQLI
14-08-2016, 20:21
NASA-nın hazırda təqaüddə olan, Aya səyahət edən astronavtı Edqar Mişelin yadplanetlilər barəsindəki etirafı bir çox sirlərə güzgü tutub. Moderator.az xəbər verir ki,1971-ci ildə Aya səhayət edən sayca altıncı NASA əməkdaşı Edqar Mişel o zamandan bəri özünün və yalnız bir qism adamların gizləyib saxladığı sirri ömrünün son dəmlərində mediaya ötürüb. Bu sirr: 1971-ci ildə Apollon-4” gəmisinin heyət üzvü olan E.Mişel o illərdə ABŞ-la SSRİ arasında başlanacaq nüvə müharibəsinin qarşısının məhz yadplanetlilər tərəfindən alınması faktından ibarətdir. Aya çıxan altıncı adamın sözlərinə görə o illərdə yadplanetlilər ABŞ-ın Vayt Sənd çölündə olan nüvə sınaq məntəqələrinə gəldiklərini və insanların bir-birilərini qırmamaları üçün həmin stansiyanın fəaliyyətinə mane olduğunu qeyd edib. Edqar Mişelin sözlərinə görə bu barədə olan həmin sınaq məntəqəsində çalışan və kimlikləri gizli saxlanılan əməkdaşlar məlumat veriblər. Belə ki, onların fikrincə, nüvə sınaq məntəqəsini ziyarət edən yadplanetlilər lazımı avadanlıqları sıradan çıxararaq böyük nüvə çarpışmasının qarşısını alıblar.