İsrail ilk dəfə “Dəmir Günbəz”in dənizdəki analoqundan istifadə edib

10-04-2024, 10:39           
İsrail ilk dəfə “Dəmir Günbəz”in dənizdəki analoqundan istifadə edib
İsrail ilk dəfə “Dəmir Günbəz”in dənizdəki analoqundan istifadə edib.

Bu barədə “The Times of Israel” öz mənbələrinə istinadla məlumat yayıb.

Hərbçilər bildiriblər ki, “günbəz”in gəmi versiyası Eylat şəhəri yaxınlığında İsrail hava məkanına daxil olan pilotsuz təyyarəni ələ keçirib.
Qəzet əlavə edib ki, “C-Dome” kimi tanınan bu hava hücumundan müdafiə sisteminin təkmilləşdirilmiş modeli ABŞ Hərbi Dəniz Qüvvələrinin “Sa'ar 6” sinif korvetlərində quraşdırılıb.

Hava hücumundan müdafiə sistemi 2022-ci ilin noyabrında istismara verilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.