ABŞ Rusiya sərhədlərinə nüvə sualtı qayıqları göndərir

Bu gün, 12:24           
ABŞ Rusiya sərhədlərinə nüvə sualtı qayıqları göndərir
ABŞ prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin bəyanatlarına özünəməxsus münasibət bildirib.

Moderator.az xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkə hesabında yazıb.

Qeyd olunub ki, Ağ Evin rəhbəri rusiyalı siyasətçinin sözlərinə cavab olaraq iki nüvə sualtı qayığının (NPS) Rusiya sərhədlərinə göndərilməsinə dair göstəriş verib.

“Rusiya Təhlükəsizlik Şurasının sədr müavininin təxribat xarakterli bəyanatlarına cavab olaraq, mən müvafiq ərazilərdə iki nüvə sualtı qayığının yerləşdirilməsinə göstəriş vermişəm. Bu, axmaq bəyanatların daha bir şeyə çevriləcəyi təqdirdə, ehtiyat tədbiridir”, - Tramp yazıb.

Qeyd edək ki, Medvedev iyulun 28-də demişdi ki, ABŞ lideri Moskva ilə “ultimatum oyunu” oynayır. Onun sözlərinə görə, Tramp başa düşməlidir ki, Rusiya tərəfi nə İsrail, nə də İrandır və Moskva hər yeni təhdidi ABŞ ilə müharibəyə doğru növbəti addım kimi qiymətləndirir.

Tramp isə öz növbəsində Medvedevi Rusiyanın uğursuz sabiq prezidenti adlanıdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru