İspaniyada valideynlər 10 yaşlı övladlarını hava limanında qoyub tətilə gediblər
Bu gün, 12:08
İspaniyada tətilə çıxmağı planlaşdıran valideynlər 10 yaşlı övladlarını hava limanında tərk ediblər.
Bu barədə "Daily Mail" nəşri məlumat verib.
Məlumata görə, İspaniyanın Barselona şəhərinin El-Prat beynəlxalq hava limanına gələn turist ailə övladının sənədlərinin müddətinin bitdiyini öyrənib. Uşağa təyyarə minik qadağan edilib, lakin bu, valideynlərinin planlarına mane olmayıb. Onlar uşağı qohumlarının gəlişinədək hava limanında tək qoyub, özləri isə reysə yollanıblar.
Məktəbli oğlanı hava limanının əməkdaşları görüb və polisə müraciət ediblər:
Polis səyahətçiləri tapıb və onları azyaşlı oğullarının da olduğu polis bölməsinə aparıb.