Trampın adı Epsteyn işi ilə bağlı hökumət fayllarından çıxarıldı
Bu gün, 12:47
FTB Trampın adını Epsteyn işi ilə bağlı hökumət fayllarından çıxarıb Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ prezidenti Donald Trampın və digər yüksək rütbəli məmurların adını Epsteyn işi ilə bağlı hökumət fayllarından çıxarıb. Bununla bağlı “Bloomberg“ adı açıqlanmayan üç mənbəyə istinadən məlumat yayıb.
Yazıda bildirilib ki, 2006-cı ildə təhqiqat başlayanda Trampın sıravi vətəndaş olub və buna görə də onun adı sənədlərdən çıxarılıb.
Agentlik həmçinin vurğulayıb ki, belə sənədlərdə kiminsə adının çəkilməsi onun cinayət törətməsi demək deyil.