Rusiyada məşhur kuryer şirkətinin xidməti ilə bağlı böhran yaşanır. "Gazeta" yazır ki, insanlar SDEK-in internet saytında və bu kuryer xidmətinin tətbiqində nasazlıqdan şikayətlənirlər. Bunu Downdetector xidmətinin məlumatları da sübut edir.
Məlumata görə, son 24 saat ərzində 15 minə qədər insan SDEK xidmətlərində problem aşkarlayıb. Təkcə son bir saat ərzində 107, son 24 saat ərzində isə 257 istifadəçi vebsayt və tətbiqə girişdə problemlərdən şikayət edib.
Ən çox şikayətlər Moskva, Yaroslavl, Ulyanovsk, Kabardin-Balkar Respublikası və Arxangelsk vilayətinin sakinlərindən gəlir. İstifadəçilər vebsayt və proqrama daxil ola bilmirlər.