Qandinin qatilinin oğlu Hindistan parlamentinə namizədliyini irəli sürüb

12-04-2024, 12:58           
Qandinin qatilinin oğlu Hindistan parlamentinə namizədliyini irəli sürüb
Hindistanın keçmiş baş naziri İndira Qandinin qatillərindən birinin oğlu Sarabjit Sinq Xalsa ölkə parlamentinin aşağı palatasına (Lok Sabha) namizədliyini irəli sürüb.

45 yaşlı Sinq Xalsa parlament seçkisində Pəncabın şimal-qərbindəki Fəridkot seçki dairəsindən müstəqil namizəd kimi iştirak edəcək.

Dairəni hazırda parlamentdə müxalifətçi Hindistan Milli Konqresi (INC) partiyasının üzvü Məhəmməd Sadiq təmsil edir.

Qeyd edək ki, Sinq Xalsa keçmiş baş nazir İndira Qandinin mühafizəçilərindən olan Beant Sinqhin oğludur. Beant 31 oktyabr 1984-cü ildə dövlət başçısına ilk atəş açaraq ona üç güllə atıb. Həbs zamanı o, güllələnib.
Hindistanda parlament seçkisi aprelin 19-dan yeddi mərhələdə keçiriləcək. Səsvermənin son günü 1 iyun olacaq.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru