Dünyada Vaşinqtondan narazılıq reytinqi il ərzində üç faiz bəndi artaraq 2023-cü ilin sonunda 36% təşkil edib.
Bunu “Gallup” sorğu xidmətinin 130 ölkədə keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.
Sorğunun nəticələri göstərir ki, ölkənin 2021-ci ildə 33%-ə enən və 2022-ci ildə olduğu kimi qalan qlobal narazılıq reytinqi 2023-cü ildə 36%-ə yüksəlib. Vaşinqtonu bəyənənlər isə ən çox Ukrayna (53%) və İsraildədir (81%).