Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib

25-04-2024, 09:24           
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
“Macarıstan Ukraynadakı münaqişənin həlli üçün Çinin sülh planını dəstəkləyir”.

“Report” xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

Onun sözlərinə görə, Ukraynada sülhə nail olmaq üçün bütün addımları dəstəkləmək lazımdır. Nazir Pekində Çinin xarici işlər naziri Van İ ilə görüşdən sonra sosial mediada videomüraciətində deyib: “Biz Çinin sülh planını sadəcə mövcud olduğu üçün dəstəkləyirik. Macarıstan və Çin beynəlxalq təşkilatların gündəliyinə Ukraynadakı vəziyyətin sülh yolu ilə nizamlanması məsələsini qoyacaqlar ki, dünya siyasi bloklara bölünməsin. Ancaq hələlik müharibənin davam etdirilməsinin tərəfdarı olanların səsi sülhə çağıranlardan daha yüksəkdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru