Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi

25-04-2024, 10:08           
Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi
Belarus Prezidenti Aleksandr Lukaşenko hakimiyyətdən yapışmadığını və yalnız ətrafında xəyanət etməyəcək adam olduqda təqaüdə çıxmağa hazır olduğunu bəyan edib.

O, Ümumbelarus Xalq Məclisinin sədri seçildikdən sonra bu barədə danışıb.

“30 il hakimiyyətdə qalmaq az deyil. Bu müddət ərzində biz sizinlə çox işlər görmüşük. Amma bu vəzifənin nə birindən, nə də ikincisindən yapışmıram, sadəcə yaxşı olmasını istəyirəm”, - dövlət başçısı bildirib.
Lukaşenko belaruslara əmin edib ki, ətrafında xəyanət etməyəcək, heç nəyi, hətta öz həyatını da nəzərə almayacaq bir adam olduqda hakimiyyətdən gedəcək.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru