13 yaşında qurduğu şam brendi indi ona illik 200 min dollar qazandırır

Bu gün, 15:14           
13 yaşında qurduğu şam brendi indi ona illik 200 min dollar qazandırır
Hart Main 13 yaşında çox sadə bir ideyadan maraqlı biznes qurdu. O bacısının şam satmaq planına zarafatla yanaşaraq kişilər üçün də qoxuların hazırlanmasını təklif etdi.

Valyuta.az xəbər verir ki, bu ideya qısa müddətdə gerçəkliyə çevrildi və beləliklə “ManCans” adlı brend yarandı.

Şamlar klassik gül və vanil əvəzinə pizza təravəti benzin qoxusu və yeni kəsilmiş ot kimi qeyri adi aromatlarla hazırlanırdı. Bu yanaşma gənc sahibkara həm media diqqəti qazandırdı həm də bazarda unikal mövqe verdi.

Biznes ilk ilində təxminən 50 min dollar gəlir gətirdi. Daha sonra satışlar genişləndi və “ManCans”ın illik dövriyyəsi 200 min dollara yaxınlaşdı. Bu rəqəm böyük korporasiyalarla müqayisədə kiçik görünsə də məktəbli yaşda bir gənc üçün əhəmiyyətli uğur sayılır. Brendin xüsusiyyəti həm də sosial yönümlü olmasıdır. Hart istifadə etdiyi boş konserv bankalarını xeyriyyə mərkəzlərindən alırdı. Bu da layihəyə əlavə dəyər qatdı və alıcıların marağını daha da artırdı.

Bu gün “ManCans” hələ də fəaliyyət göstərir və media onu uğurlu gənc sahibkarlıq nümunəsi kimi təqdim edir. Hart Mainin hekayəsi göstərir ki kiçik zarafat kimi başlayan ideya düzgün icra olunduqda real biznesə çevrilə bilər. Onun qazancı barədə dəqiq rəqəmlər açıqlanmasa da satış göstəriciləri gənc sahibkarın ciddi uğura imza atdığını sübut edir.

Mayya Hüseynova












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru