Argentina Prezidenti İspaniyanın Baş nazirini yalançı və qorxaq adlandırıb

24-05-2024, 12:47           
Argentina Prezidenti İspaniyanın Baş nazirini yalançı və qorxaq adlandırıb
Argentina ilə İspaniya arasında diplomatik qalmaqal getdikcə böyüyür.

“Report” xəbər verir ki, Argentina prezidenti Xavyer Miley İspaniyanın Baş naziri Pedro Sançesi “səriştəsiz yalançı və qorxaq” adlandırıb. Buna səbəb isə İspaniyanın xarici işlər naziri Xose Manuel Albaresin Buenos-Ayresdəki səfiri məsləhətləşmələr üçün geri çağırmasıdır.

“Bu bacarıqsız insandır. O, yalançıdır, qorxaqdır. O, nazirlərini mənim üstümə töküb və seçki kampaniyası zamanı Argentina siyasətinə müdaxilə edib”, - Argentina lideri deyib.

Qeyd edək ki, Argentina Prezidenti Xavyer Miley İspaniyanın Baş naziri Pedro Sançesin həyat yoldaşı Begonya Qomesi korrupsioner adlandırıb. Bundan sonra İspaniya Argentina Prezidentindən üzrxahlıq tələb edib və səfirini geri çağırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.