Stoltenberq Estoniya ilə həmrəy olduğunu açıqlayıb

25-05-2024, 13:04           
Stoltenberq Estoniya ilə həmrəy olduğunu açıqlayıb
NATO-nun Baş katibi Yens Stoltenberq Rusiya ilə sərhəddəki vəziyyətlə bağlı Estoniya ilə həmrəy olduğunu bildirib.

Bu barədə “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirib.

“Estoniyanın Baş naziri Kallas ilə danışdım. NATO müttəfiqimiz Estoniya ilə onun suverenliyinə istənilən təhdidə qarşı həmrəydir”, - Baş katib yazıb.

Daha əvvəl Estoniya Daxili İşlər Nazirliyinin Polis və Sərhəd Mühafizəsi Departamenti Rusiya sərhədçilərinin Narva çayında gəmiçilik marşrutlarının sərhədlərinin müəyyənləşdirilməsinə xidmət edən buyları çıxardıqlarını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru