Kadırov ölkədə fövqəladə rejim elan etdi

29-08-2016, 22:13           
Kadırov ölkədə fövqəladə rejim elan etdi
Çeçenistan prezidenti Ramzan Kadırov ölkədə fövqəladə rejim elan olunduğunu bəyan edib.

“Qafqazinfo”nun “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, o, bu qərarı ölkədə baş verən təbii fəlakətlər nəticəsində dəymiş ziyana görə verib.

“Bu gün ölkədə leysan, külək, qasırğa və dolu səbəbindən yaranmış fövqəladə vəziyyətlə əlaqədar operativ qərargahın iclası keçirildi. Qərargah rəisi Abdula Maqomadov fəlakətin Qroznensk, Nadtereçnı, Urus-Martanovsk rayonlarında və Qroznı şəhərində ciddi fəsadlar törətdiyini bildirdi. Buna görə də bütün respublika ərzisində fövqəladə rejim elan etdim”, - deyə Kadırov İnstagram hesabında yazıb.

Qeyd edək ki, Çeçenistanda təbii fəlakət nəticəsində 372 evə ziyan dəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru