Ermənistanda həbs edilmiş Rusiya vətəndaşı avqustun 31-də, çərşənbə günü Rusiya Federasiyasına qayıdacaq. Xatırladaq ki, ABŞ onun həbs edilməsi sorğusu ilə Ermənistana müraciət etsə də, İrəvan məhkəməsi bu xahişi yerinə yetirməkdən imtina edib. Vəkil Karen Nersisyan bu gün “İnterfaks” agentliyinin müxbirinə deyib: “O, bu gün hələlik İrəvanda qalsa da, avqustun 31-i tarixinə aviabilet alıb”. Vəkil daha sonra bildirib ki, indiyə qədər Mironovu Ermənistanın hüquq-mühafizə orqanlarına çağırmayıblar: “Bu gün o, Rusiya səfirliyinə gedəcək, amma hələlik onu prokurorluğa çağırmayıblar”. Vəkil daha əvvəl söyləmişdi ki, məhkəmə Mironovu həbs etmədiyi üçün o tamamilə azaddır və Ermənistanı maneəsiz şəkildə tərk edə bilər.