Dünyanın ən böyük kriptovalyuta birjası külli miqdarda cərimələnib

22-06-2024, 16:58           
Dünyanın ən böyük kriptovalyuta birjası külli miqdarda cərimələnib
Hindistanın Maliyyə Kəşfiyyat İdarəsi (FIU) dünyanın ən böyük kriptovalyuta birjası olan "Binance"i ölkənin çirkli pulların yuyulmasına qarşı mübarizə qaydalarını pozduğuna görə 2,25 milyon dollar (4,25 milyon manat) cərimələyib.

Qeyd olunub ki, qayda pozuntuları "Binance" bu ilin mart ayında Hindistandakı fəaliyyəti haqqında məlumat vermək və çirkli pulların yuyulmasına qarşı yerli qanunları pozmamaq öhdəliyi ilə FIU-da qeydiyyatdan keçdikdən sonra aşkar edilib.

May ayında Kanada səlahiyyətliləri kriptovalyuta ticarətində qanunsuz gəlirlərin yuyulmasına görə "Binance"ə 4,38 milyon dollar (təxminən 7,4 milyon manat) cərimə kəsiblər. Elə həmin ay "Binance"in keçmiş icraçısı Çanpen Çjao çirkli pulların yuyulması əməliyyatlarında və ABŞ qanunlarını pozmaqda təqsirli bilinərək dörd aylıq həbs cəzasına məhkum edilib.

Mənbə: Business Line












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru