Ukrayna dünya nəhəngini Çinə satdı – Şok iddia

2-09-2016, 22:01           
Ukrayna dünya nəhəngini Çinə satdı – Şok iddia
krayna dünyanın ən nəhəng təyyarəsi hesab olunan AN-225-in müəllif hüquqlarını Çinə satıb.

Axar.az xəbər verir ki, bu barədə Çinin CCTV Nyus dövlət kanalı məlumat yayıb.

Avqustun 30-da Ukraynanın “Antonov” şirkəti ilə Çin Aviasiya Sənaye Korporasiyası arasında bağlanan müqavilə əsasında AN-225 təyyarəsinin müəllif hüquqları və texniki çertyojları Çinə keçib. Çinin AN-225 təyyarəsinin istehsalına 2019-cu ilin sonlarından başlayacağı da qeyd olunub.

Ukraynanın “Antonov” şirkəti isə təyyarənin bütün haqlarının Çinə satılması ilə bağlı xəbərləri təkzib edib.

“Çinin Aviasiya Sənaye Korporasiyası (Aerospace Industry Corporation of China (AICC)) ilə yalnız AN-225 proqramı üzrə əməkdaşlıq müqaviləsi imzalanıb”, - şirkətdən bildirilib.

Qeyd edək ki, SSRİ-nin “Buran” kosmik gəmisini daşımaq üçün 1985-1988-ci illərdə Ukraynada istehsal olunan AN-225 2001-ci ildə yenilənərək təkrar istifadəyə verilmişdi. Bu təyyarədən yalnız 1 ədəd istehsal olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.