Nazir: "Türk axını"na dair saziş bir ay ərzində imzalana bilər

3-09-2016, 11:45           
Nazir: "Türk axını"na dair saziş bir ay ərzində imzalana bilər
usiya və Türkiyə yaxın bir-iki ay ərzində "Türk axını" üzrə hökumətlərarası sazişlə bağlı razılığa gələ bilər.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Energetika naziri Aleksandr Novak bəyan edib.

"Hazırda layihəni həyata keçirmək üçün biz türk tərəfdaşlarımız ilə konkret addımları müzakirə edirik. Müvafiq “yol xəritəsi” tərtib olunaraq Türkiyə tərəfinə təqdim edilib. Həmçinin layihə ilə bağlı işçi qrup yaradılıb, dövlətlərarası sazişin layihəsi hazırlanıb”, deyə A.Novak bildirib.

Onun sözlərinə görə, ən yaxşı halda 2019-cu ilin sonunadək türk istehlakçılarını təmin etmək üçün ilk boru xətti inşa ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru