Ermənistanda dalğalanan yeganə Azərbaycan bayrağı – FOTO

3-09-2016, 13:18           
Ermənistanda dalğalanan yeganə Azərbaycan bayrağı – FOTO
Ermənilərin işğalçılıq siyasəti nəticəsində Ermənistanla Azərbaycan arasında bütün diplomatik münasibətlər pozulsa da, Ermənistanda bir yerdə Azərbaycan bayrağı dalğalanır.
Həmin yer İrəvandakı “Ararat” konyak zavodunun sexlərindən birindədir. Bu bayraq “Sülh Çəlləklər”inin yanındakı yeganə Azərbaycan bayrağıdır.
Konyak dolu çəllək bura 1994-cü ildə, mayın 12-də Dağlıq Qarabağda gedən müharibənin dayandırılması məqsədilə atəşkəs haqqında Bişkekdə saziş imzalanandan sonra qoyulub.
Ermənilərin iddiasına görə, həmin çəlləyin ağzı Qarabağ münaqişəsi birdəfəlik həll olunandan sonra açılacaq. Hətta hamı bu çəlləyin tez açılmasını və oradakı konyakın içilməsini istəyir(Admiral.az).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru