Sabiq prezidentin həyat yoldaşı yenidən məhkəmə qarşısında
10-07-2024, 15:38
Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin korrupsiya ittihamı ilə mühakimə olunduğu işdə onun həyat yoldaşı, italyan əsilli fransız müğənni və model Karla Bruni həyat yoldaşına qarşı cinayətlərlə bağlı yenidən ifadə verməyə çağırılıb.
Gununsesi.info Fransa mətbuatına istinadla xəbər verir ki, Sarkozinin may ayında mühakimə olunduğu korrupsiya işində şübhəli şəxs qismində ifadə verməyə çağırılan həyat yoldaşı Bruni yenidən hakim qarşısına çıxıb.
Yerli media Bruniyə qarşı hər hansı ittihamın olub-olmamasının sabah davam edəcək məhkəmə iclasında bəlli olacağını yazıb.
Fransanın “Le Monde” qəzeti məhkəmə mənbələrinə əsaslanan xəbərində məhkəmənin bugünkü iclasda Bruniyə qarşı ittiham irəli sürdüyünü iddia edib.
Xəbərdə Bruninin Sarkoziyə qarşı ifadələrini geri götürməsi üçün işin şahidi olan Ziad Takieddineyə təzyiq göstərməkdə və korrupsionerlərlə əməkdaşlıqda ittiham olunduğu iddiası yer alıb. Sarkozi ötən il oktyabrın 6-da mühakimə olunduğu
“Liviya maliyyə işi”ndə “açar ad” olan Ziad Takieddinenin ifadəsini geri götürməsi üçün ona təzyiq göstərdiyinə görə ittiham olunub.
Hakimlər, Sarkoziyə qarşı ifadə verən, lakin sonradan ifadələrini geri götürən iş adamı Takieddineyə təzyiq göstərməsinə dair kifayət qədər sübutların olduğuna qərar veriblər.
Xatırladaq ki, 2007-2012-ci illərdə Fransa prezidenti olmuş Sarkozinin 2007-ci ildə prezident seçkiləri kampaniyasını aparmaq üçün Liviyanın o vaxtkı lideri Müəmmər Qəddafidən qeyri-qanuni maliyyə dəstəyi aldığı və kampaniyanı bu dəstəklə apardığı iddia edilir.
Fransız-Livan əsilli Takieddinenin 2006-cı ilin sonlarında Liviyadan Sarkoziyə 5 milyon avro gətirdiyi iddia edilir. İddialardan sonra 2013-cü ildə ilkin istintaq başladılıb.
Sarkozi 2018-ci il martın 21-də Parisdə saxlanılıb və seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi, korrupsiya və Liviya dövlət vəsaitlərinin gizlədilməsi ittihamı ilə istintaqa cəlb edilib.