NATO bütün ATƏT regionunda sabitliyi pozmağa çalışır

25-07-2024, 16:44           
NATO bütün ATƏT regionunda sabitliyi pozmağa çalışır
Diplomat qeyd edib ki, Qərb Avropada silahlara nəzarət sahəsində razılaşmaları tamamilə məhv edib.
Sputnik. ABŞ-ın rəhbərlik etdiyi Şimali Atlantika Alyansı Kiyevdəki qeyri-qanuni hökumətin əli ilə Rusiyaya qarşı açdığı müharibə ilə kifayətlənmir, bütün ATƏT regionunda sabitliyi pozmağa çalışır. Bu barədə Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin üzvü Yuliya Jdanova bildirib.
Diplomat qeyd edib ki, Qərb Avropada silahlara nəzarət sahəsində razılaşmaları tamamilə məhv edib.
"Bunun fonunda strateji xarakterli risklər Vaşinqtonun 2026-cı ildə Almaniya ərazisində yeni orta və qısa mənzilli ABŞ raket sistemlərinin, eləcə də hipersəs silahlarının yerləşdirilməsinə başlamaq qərarı ilə bağlıdır. Vaşinqtonun bütün qitəni silah altında qoymaasına Avropanın nə qədər ehtiyacı var?" - Jdanova əlavə edib.
O, həmçinin qeyd edib ki, biz bütün bunların Rusiya Federasiyasına və onun vətəndaşlarına nəyin bahasına olursa olsun" zərər vurmaq üçün Qərb alyansının ümumi çoxölçülü strategiyasının bir hissəsi olduğunu çox yaxşı başa düşürük.
Almaniyanın müdafiə naziri Boris Pistorius "Rheinische Post" qəzetinə müsahibəsində Rusiyanın Kalininqrad vilayətində "İskəndər" operativ-taktiki raket sistemlərinin yerləşdirilməsinə cavab olaraq Almaniyada ABŞ raketləri və hipersəs silahlarının yerləşdirilməsinə çağırıb.
Bundan əvvəl Pentaqon bildirmişdi ki, 2026-cı ildə ABŞ Almaniyada artıq Avropada olan silahları əhəmiyyətli dərəcədə üstələyən uzunmənzilli zərbə sistemləri yerləşdirməyə başlayacaq. Söhbət xüsusilə SM-6, Tomahawk raketləri və "hipersonik silahlardan" gedir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.