Bu xanım İsveçin yeni xarici işlər naziri təyin edildi

11-09-2024, 11:58           
Bu xanım İsveçin yeni xarici işlər naziri təyin edildi
İsveçin miqrasiya məsələri üzrə sabiq naziri Mariya Malmer Stenerqard yeni xarici işlər naziri təyin edilib.

Bunu Baş nazir Ulf Kristersson çərşənbə axşamı parlamentin açılışında yenilənmiş kabineti təqdim edərkən deyib.

"Hökuməti çox yaxşı tamamlayacaq iki yeni nazir olacaq. Mariya Malmer Stenerqard xarici işlər naziri təyin ediləcək", - deyə o söyləyib.

Qeyd edək ki, Baş nazir, həmçinin Cessika Rozenkrantzın Aİ işləri üzrə yeni nazir təyin edildiyini açıqlayıb.

Xatırladaq ki, sentyabrın 4-də İsveçin sabiq xarici işlər naziri Tobias Billström istefa verdiyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru