ABŞ-nin neft ehtiyatları artır

12-09-2024, 11:34           
ABŞ-nin neft ehtiyatları artır
ABŞ-də kommersiya neft ehtiyatları həftə ərzində 833 min barel artaraq sentyabrın 6-da 419,14 milyona çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) analitiklərinin həftəlik hesabatında bildirilib.

Təşkilat açıqlayıb ki, sentyabrın ilk iş həftəsində ehtiyatların artmasına baxmayaraq, ABŞ-də kommersiya xammalının ümumi ehtiyatları ilin bu dövrü üçün beş illik orta göstəricidən dörd faiz aşağı olub.

Hesabat dövründə əmtəəlik benzin ehtiyatları da xeyli artıb. Belə ki, sentyabrın 6-na onların həcmləri 221,55 milyon barel (üstəgəl 2,31 milyon) qiymətləndirilib. Öz növbəsində ölkədə distillat ehtiyatları bu müddət ərzində 2,31 milyon barel artaraq 125,02 milyon barel təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru