Cimmi Karterin 100 yaşı tamam olur

Dünən, 15:08           
Cimmi Karterin 100 yaşı tamam olur
2024-cü ilin oktyabr ayının 1-i ABŞ-ın 39-cu prezidenti Cimmi Karterin 100 yaşı tamam olur. Karter 2019-cu ildə 94 yaşlı Corc H.V. Buşu qabaqlayaraq, ən uzun müddət hakimiyyətdə olan Amerika dövlət başçısı olmaqla tarix yazıb.

Ağ Evin bir çox sahibləri uzun ömür yaşayıb. Karterin müasirləri və siyasi rəqibləri – Cerald Ford (sələfi) və Ronald Reyqan (seçkilərdə Karterə qalib gəlmiş) 93 illik yaş həddini aşıb.

Eyni 2019-cu ildə Karter prezident nikahının müddəti üzrə daha bir rekorda imza atıb. O və Rozalin 1946-cı ildə evlənib və onların üç oğlu və bir qızı var.

Bir çox siyasətçidən fərqli olaraq, Cimmi Karterin reputasiyası seks qalmaqalları ilə ləkələnməyib. O, dəfələrlə evliliyində inanılmaz dərəcədə xoşbəxt olduğunu bildirib. Rozalin Karter 2023-cü ildə vəfat edib. Cimmi Karter Corciya ştatından prezident olan ilk və hələlik yeganə şəxsdir. Onun hakimiyyət zirvəsinə qalxması olduqca gözlənilməz olub. Əvvəlcə dənizçi olan Karter sonra ailə təsərrüfatına qayıdaraq yerfıstığı yetişdirib. Daha sonra Corciyanın qubernatoru olub.
1976-cı ildə əhəmiyyətsiz və az əhalisi olan bir ştatı təmsil edən Karter sensasiyalı şəkildə Demokratlar Partiyasının ilkin seçkilərində qalib gəlir və daha sonra populyar Cerald Fordu məğlub edir. Karter uğursuz Vyetnam Müharibəsi və Watergate qalmaqalından sonra hökumət qurumlarına inamsızlıq hiss edən bir çox seçicini cəlb edən bibliya qanunlarına uyğun yaşamağa çalışan vicdanlı bir insan kimi şöhrətə sahib olub.

Karter qlobal insan hüquqlarının müdafiəsini öz xarici siyasətinin prioritetinə çevirən ilk dünya liderlərindən biri və ilk ABŞ prezidenti idi. Vaxtaşırı “qaynar” münaqişələr yaşanan kommunist bloku ilə soyuq müharibə kontekstində bu, idealist və son dərəcə riskli addım idi.

Hüquq müdafiəçisi Sergey Kovalevin sözlərinə görə, sovet dissidentləri ilə görüşdə Karter deyib: “Mən dəniz piyadalarını sovet vicdan məhbuslarını azad etmək üçün göndərə bilmərəm. Amma qalanını edəcəm”. Bununla belə, Karterin mümkün qədər əxlaqlı olmağa çalışdığı Amerika siyasətinin rəhbər prinsiplərindəki dəyişiklik tez nəticə vermədi. Kreml dissidentləri azad etməyə və Şərqi Avropa üzərində nəzarəti zəiflətməyə tələsmirdi.

Karterin xarici siyasət sahəsində nəhəng qələbəsi Kemp Devid sazişləri olub - İsrail və ərəb ölkəsi Misir arasında ilk sülh müqaviləsi: Kemp Devid müqavilələri ABŞ prezidentlərinin yay iqamətgahında bağlanıb.
Həmçinin, ABŞ ilk dəfə olaraq Misir və İsrailə maliyyə yardımı göstərməyə razılıq verib. Bu yardım daimi xarakter alıb və indiyə qədər də göstərilməkdədir. İsrail və Misir bu günə qədər ümumiyyətlə normal münasibətlərini qoruyur.

Əhəmiyyətli qələbə ABŞ tərəfindən tikilən və idarə olunan strateji Panama kanalının Panamaya verilməsi olub. Bu, hərbi xuntalar, diktatorlar tərəfindən idarə olunan regionda gərginliyi əhəmiyyətli dərəcədə azaldıb. Demokrat Karter Çinlə tam diplomatik əlaqələr qurub. Bu istiqamətdə ilk addımı respublikaçı Riçard Nikson atmışdı.

Karter ABŞ-ın enerji təhlükəsizliyinin təmin edilməsində və təhsilin səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan iki yeni nazirlik - enerji və təhsil nazirlikləri yaratdıb. Onun dəstəyi ilə sui-istifadə halları barədə məlumat verən dövlət məmurlarını müdafiə edən qanun qəbul edilib. Karter ətraf mühitin, o cümlədən iqlim dəyişikliyindən qorunmasına böyük diqqət yetirirdi - o zaman qəbul edilmiş bir çox qanunlar və imzaladığı fərmanlar bu günə qədər qüvvədədir.

Amerikalılar üçün avtomobillərinə yanacaq doldurmaq və evlərini qızdırmaq bahalaşanda, Karter Ağ Evdə də soyuq olduğunu və bir çox həmvətənləri ilə eyni şəkildə yaşadığını göstərmək üçün sviterlə televiziyaya çıxmışdı: bu doğru idi, prezidentin təkidi ilə Ağ Ev daha az isidilirdi. Lakin bu, Karterin populyarlığına son dərəcə mənfi təsir göstərmişdi: amerikalılar öz liderinin problemləri ilə barışmasını yox, həll etməsini istəyirdilər.

Böyük siyasətdən getdikdən sonra Karter son dərəcə təvazökar bir həyat tərzi keçirib, vaxtaşırı sonrakı prezidentlər üçün məxfi tapşırıqları yerinə yetirib. O, şeirlər toplusu, balıqçılıq bələdçisi və siyasətə xristian yanaşması (Karter dindar Baptist idi) haqqında düşüncələr də daxil olmaqla, onlarla kitab nəşr edib. “Dəyərlərimiz təhlükə altındadır” kitabından birini oxuduğuna görə Karter Qremmi mükafatına, digər kitabı isə “Fələstin. Sülh, aparteid deyil” İsrail və yəhudi icmasının etirazına səbəb olmuşdu.

Karterin post-prezidentlik dövründə populyarlığı və nüfuzu onun ABŞ-da nadir hallarda müşahidə edilən ölkəyə rəhbərlik etdiyi dövrlə müqayisədə xeyli yüksək olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.