İsrail İranın yeni hücumu halında cavab zərbəsi ilə bağlı xəbərdarlıq edib - "Daha sərt zərbə vuracağıq"

30-10-2024, 16:24           
İsrail İranın yeni hücumu halında cavab zərbəsi ilə bağlı xəbərdarlıq edib -
İrandan yeni bir hücum olacağı təqdirdə, İsrail əvvəllər istifadə etmədiyi imkanlardan istifadə edərək, hələ hücum etmədiyi hədəfləri vuracaq.

APA xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi Hərbi Hava Qüvvələrinin Ramon bazasına səfəri zamanı deyib.

“Əgər İran səhv edib İsrailə növbəti raket hücumu etsə, biz əvvəllər istifadə olunmayan imkanlardan istifadə edərək, onların hədəflərinə daha sərt zərbə vuracağıq”, - Halevi qeyd edib.

Baş Qərargah rəisinin açıqlamalarını İsrail Ordusunun mətbuat xidməti yayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru