Blomberg: “Rusiya ötən həftə 2024-cü ildəkindən daha çox ərazi ələ keçirib”

2-11-2024, 00:14           
Blomberg: “Rusiya ötən həftə 2024-cü ildəkindən daha çox ərazi ələ keçirib”
“Rusiya ötən həftə Ukraynada 2024-cü ildəkindən daha çox ərazini ələ keçirib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat dərc edib.

“Rusiya ordusu Ukraynanın şərqindəki hücum sürətini artırır. Keçən həftə bütün ildəkindən daha çox ərazi ələ keçirib. Beləcə, Ukraynanın ABŞ və Avropadakı müttəfiqlərinə təzyiqi artırır. İki yüz kvadrat kilometrdən çox ərazinin (77 kvadrat mil) ələ keçirilməsi, Rusiya qoşunlarının və texnikasının böyük itkiləri bahasına başa gəlib. Qeyd olunur ki, avqustun 6-dan etibarən Rusiya Ukraynada 1146 kvadrat kilometr ərazini ələ keçirib. Bu, cari ilin ilk yeddi ayı ilə müqayisədə təxminən 25 faiz çoxdur. Kiyevdə əhval-ruhiyyə pisləşərkən Rusiya Ukraynaya hücumunu sürətləndirir. Sorğular göstərir ki, getdikcə daha çox ukraynalı Rusiya ilə sülh danışıqlarının tərəfdarıdır”, – deyə nəşr vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru